Xəbər lenti

Almaniya Ukraynaya 5 milyard avro dəyərində yeni hərbi yardım verməyə razılaşıb.

Oxu.Az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Qeyd olunur ki, müdafiə naziri Boris Pistorius və onun ukraynalı həmkarı Rustem Umerov Berlində Ukrayna istehsalı olan uzaqmənzilli silahların tədarükünün maliyyələşdirilməsinə dair saziş imzalayıblar. Bundan əlavə, Ukrayna ilə Almaniyanın hərbi sənayesi arasında müqavilə bağlanıb.




Ana səhifəyə qayıt        Baxış: 2 897          Tarix: 28-05-2025, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma