Xəbər lenti

ABŞ cari vəzifələrə - ölkənin cənub sərhədinin qorunması və Asiya-Sakit Okean regionunda çəkindirmə potensialının artırılmasına uyğunlaşdırmaq üçün bütün dünyada hərbi yerləşdirmə strukturunu dəyişməyi planlaşdırır.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Pit Heqset bildirib.

"ABŞ üçün məsuliyyətli yanaşma gücümüzün yerləşdirilməsi strukturunu nəzərdən keçirməyə davam etmək olacaq. Biz cənub sərhədimizi qoruyacaq və onu bağlayacağıq, çünki əvvəlki administrasiya 20 milyon insanın ölkəmizə qanunsuz daxil olmasına icazə verib. Biz bunu 100%-lik nəzarətə götürməliyik. Hind-Sakit Okean bölgəsinə keçib orada çəkindirməni təmin etməliyik. Təbii ki, biz müdafiə xərclərinin yükünü bütün dünya üzrə paylaşdıracağıq. ABŞ hamını eyni anda müdafiə edə bilməz və bunu etmək məcburiyyətində deyil", - o, Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 073          Tarix: 5-06-2025, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma