
Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 15:19
Bu gün, 13:09
Dünən, 23:30
Dünən, 21:50
Dünən, 19:07
Dünən, 13:47
Dünən, 12:12
Dünən, 12:08
Dünən, 11:46
ABŞ-nin İsraildəki səfirliyi bu gündən fəaliyyətini bərpa edir.
Oxu.Az "Ynet" nəşrinə istinadən xəbər verir ki, eyni zamanda, səfirlik əməkdaşlarına və onların ailələrinə Təl-Əviv, Qüds və Beer Şevadan kənara səyahət etmək qadağandır.
Məlumatda qeyd edilib ki, ABŞ vətəndaşlarına ilk fürsətdə İsraili və ya Fələstin Muxtariyyətini tərk etmə tövsiyəsi də qüvvədə qalır.
"İyunun 25-i səhər Qüds və Təl-Əvivdə konsulluq xidmətləri, o cümlədən ABŞ vətəndaşları üçün pasport və doğum haqqında şəhadətnamələrin verilməsi tam şəkildə bərpa olunacaq. Viza xidmətləri bazar ertəsi, iyunun 30-da bərpa olunacaq", - deyə nəşr bildirib.
Xatırladaq ki, İsrail və İran arasında aktiv hərbi əməliyyatlar zamanı ABŞ səfirliyinin işi dayandırılıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar