Xəbər lenti

İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları genişləndirməyə davam edəcəyi təqdirdə ölkəsinin bir neçə saat içində nüvə proqramı ilə bağlı sazişdən çıxa biləcəyini bildirib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Sanksiyalar və maneəçiliklə bağlı uğursuz təcrübə onların əvvəlki administrasiyasını danışıqlar masasına gətirdi. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, çox qısa müddətdə - həftələr və aylar ərzində yox, saat və gün ölçüsündə - əvvəlki vəziyyətimizə qayıda bilərik", - H.Ruhani vurğulayıb.

İran lideri həmçinin ABŞ Prezidenti Donald Trampın yaxşı tərəfdaş olmadığını bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti ABŞ-ın birgə hərtərəfli fəaliyyət planı (BHFP) üzrə vədlərini daim və təkrar-təkrar pozduğuna, üstəlik, bir sıra digər qlobal sazişlərə əməl etmədiyinə, bununla da onların nə yaxşı tərəfdaş, nə də danışıqlarda etibarlı tərəf olmadığına şahidlik edib.




Ana səhifəyə qayıt        Baxış: 735          Tarix: 15-08-2017, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma