Xəbər lenti

 

Koreya Xalq Demokratik Respublikası Sakit okeanında yerləşən ABŞ-a aid Quam adasına raket zərbəsi endirmək planını təxirə salıb.

Publika.az xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) rəsmi mənbələrə istinadən yazıb.

Məlumata görə, Şimali Koreya ordusunun təqdim etdiyi planları qiymətləndirən dövlət başçısı Kim Çen In zərbə planını təxirə salıb.

Qeyd edək ki, Quam adasındakı Anderson hərbi hava bazası ilə Şimali Koreya arasında 3400 kilometr məsafə var. Daha əvvəl yayılan məlumata görə, zərbə planında Quam adasına 4 raket zərbəsinin endirilməsi nəzərdə tutulub.




Ana səhifəyə qayıt        Baxış: 585          Tarix: 15-08-2017, 15:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma