Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Dünən Milli Məclisdə pensiya və sosial müavinətlərlə bağlı qanuna dəyişikliklər edilib. “AzPolitika.info” BBC radiosuna istinadən xəbər verir ki, bu dəyişikliklərlə onkoloji xəstələr və dağınıq sklerozdan əziyyət çəkənlər əmək pensiyası və ya sosial müavinət ala biləcəklər. Bəs, dəyişikliklər daha kimləri əhatə edir?
Bundan sonra onkoloji xəstələrin və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və ya əmək pensiyası almaq hüququ olacaq.
Bu, Milli Məclisin bu günki iclasında müzakirəyə çıxarılmış "Onkoloji yardım" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanuna dəyişikliyin qəbulu ilə mümkün olub.
İndiyə qədər "Onkoloji yardım haqqında" qanuna (9-cu maddə) əsasən, yalnız əlilliyi olan, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin sosial müavinət almaq hüququ var idi.
Parlament həmçinin "Əmək pensiyaları haqqında", "Sosial müavinətlər haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara da dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.
Ailə başçısını itirməyə görə əmək pensiyası artır
Vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının hesablanması qaydası dəyişir. Yeni qanuna əsasən, vəfat etmiş ailə başçısının öldüyü tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
Eyni zamanda pensiyaçı vəfat etdikdə və ailə üzvlərinin sonralar ailə başçısını itirməyə görə pensiya almaq hüququ yarandıqda həmin dövrdə də əmək pensiyasının sığorta hissəsinin məbləği indeksləşdiriləcək və ailə başçısını itirməyə görə pensiyanın sığorta hissəsi daha yüksək məbləğdə təyin olunacaq.
Yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçmək icazəsi
"Əmək pensiyaları haqqında" qanuna yeni dəyişikliklər yaşa görə əmək pensiyasından əlilliyə görə əmək pensiyasına keçməyə imkan verəcək.
Qüvvədə olan qanuna (34-cü maddə) görə, yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçmək istisna olmaqla, digər bütün növ əmək pensiyalarına keçmək mümkündür. Yeni dəyişikliklərə əsasən, bu istisna aradan qaldırılacaq. Başqa sözlə, dəyişikliklərdən əvvəl yaşa görə əmək pensiyası alan şəxsin əlilliyə görə əmək pensiyasına keçməsi qadağan edilib.
İşləyən pensiyaçıların pensiyası avtomatlaşdırılımış qaydada yenidən hesablanacaq
İşləyən, eyni zamanda təqaüd alan şəxslərin pensiyaları yenidən hesablanacaq və məbləği artırılacaq. Bu zaman istisna hal olaraq, əmək pensiyasına qulluq stajına görə əlavələr təyin edilmiş şəxslərin pensiyasının sığorta hissəsinin yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həyata keçiriləcək.
Beləliklə, pensiyanın hesablanmasının avtomatlaşdırılmasını nəzərdə tutan dəyişikliyin qəbulundan sonra da yaşa görə əmək pensiyasının təyin olunduğu günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödəniləcək və pensiya təyin olunduqdan, yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdiriləcək.
İşləyən pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası sadəcə, avtomatlaşdırılımış qaydada yenidən hesablanacaq. Bu zaman əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin təqaüdünün sığorta hissəsinin yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında istisna olacaq.
Bu zaman hazırda qüvvədə olan qanunda olduğu kimi sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılacaq.
"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklərdən biri də ədliyyə işçilərinin əmək pensiyasına çıxma qaydalardır.
Layihəyə əsasən, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olacaq.
Penitensiar müəssisələrdə çalışanların pensiyaya çıxma qaydası da dəyişir.
Penitensiar müəssisələrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləyən mülki işçilərin pensiya təminatı da "Əmək pensiyaları haqqında" qanunla müəyyən ediləcək, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik buna imkan verəcək.
Bundan başqa, Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvünün, habelə Ombudsmanın fəaliyyət dövrü tam olmadıqda onlara təyin edilən pensiyanın məbləğinin hesablanmasının yeni qaydası müəyyənləşir.
Pensiya sosial müavinətdən az olacağı təqdirdə müavinət təyin ediləcək
Şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək, bu, "Sosial müavinətlər haqqında" qanuna edilən digər bir dəyişikliklə mümkün olacaq.
"Sosial müavinətlər haqqında" Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinətlər (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinat şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.
Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır.
Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir.
Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.
Təklif edilən dəyişikliyə əsasən, şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin ediləcək.
Sağlamlıq imkanları məhdud uşağa görə müavinət təyinatı qaydası dəyişir
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa müavinət digər sosial ödənişlərdən asılı olmayaraq təyin ediləcək, "Sosial müavinətlər haqqında" qanuna təklif edilən dəyişiklik buna imkan verir.
Qanuna edilmiş bu dəyişikliklə onların həmin müavinəti ailə başçısını itirməyə görə müavinətlə yanaşı almaq hüququ müəyyən edilib. Dəyişikliklərdən əvvəl ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailənin əmək pensiyası hüququ yaranarkən, sağlamlıq imkanlarının məhdudluğu ilə əlaqədar verilən müavinətlər "kəsilirdi".
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar