Xəbər lenti

NATO Rusiya təyyarəsini vursa, bu, hərbi münaqişənin başlanğıcı demək olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov RTL radiostansiyasına müsahibəsində bildirib.

“Bu, müharibə olacaq”, – deyə diplomat vurğulayıb.

Meşkov qeyd edib ki, Şimali Atlantika Alyansına məxsus təyyarələr Rusiya hava məkanını “çox tez-tez” pozur, lakin buna baxmayaraq, onlar vurulmur. Diplomat həmçinin Moskvanın Avropadakı dron insidentlərinə aidiyyəti olduğunu qəti şəkildə təkzib edib.




Ana səhifəyə qayıt        Baxış: 2 810          Tarix: Bu gün, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma