Xəbər lenti

 Moskvada güclü yanğın hadisəsi baş verib.

 APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə Rusiya paytaxtının şimalında, lak və boya məmulatları anbarında baş verib.

 Məlumata əsasən, alov 21 min kvadrat metr ərazini əhatə edib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.

 Faktla bağlı Moskva şəhər prokurorluğu araşdırma aparır. 

 




Ana səhifəyə qayıt        Baxış: 680          Tarix: 17-08-2017, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma