Pekində səfərdə olan Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinə Ukrayna və Rusiyanın enerji infrastrukturuna qarşı hücumlara müvəqqəti qadağa — moratorium tətbiq olunmasını təklif edib.
Musavat.com-un məlumatına görə Makron bildirib ki, kritik enerji obyektlərinə zərbələrin dayandırılması qışa hazırlıq baxımından həyati əhəmiyyət daşıyır:
“Ümid edirəm ki, Çin bizim çağırışımıza qoşular. Heç olmasa kritik infrastrukturun vurulmasına moratorium şəklində atəşkəs əldə edilməlidir. Bu, xüsusilə qarşıdakı qış ərəfəsində vacibdir, çünki Ukraynanın mülki infrastrukturu, ilk növbədə energetika sistemi Rusiyanın hədəfində qalır".
Fransa lideri əlavə edib ki, Paris və Pekin “beynəlxalq hüquqa hörmət edən ədalətli və uzunmüddətli sülh” üçün birgə işləyə bilərlər.
Si Cinpin isə görüş zamanı qeyd edib ki, Çin Ukrayna üzrə bütün tərəflər üçün qəbul edilə bilən sülh razılaşmasını dəstəkləyir və diplomatik həll yolunun vacibliyini vurğulayır.
Paylaş:




























