Ermənistan və Pakistanın diplomatik nümayəndələri İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləyirlər.
Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Nyus.am” diplomatik mənbətə istinadən məlumat yayıb.
Mənbəyə görə, səfirliyin gələn il açılması planlaşdırılır.
Sayt bu məsələ ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlayıb.
Qurum sözügedən məlumatı təkzib etməyib:
“Ermənistan və Pakistan hökumətləri Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə kommünike imzalamaqla, 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və ümumi qəbul edilmiş beynəlxalq təcrübəyə uyğun olaraq qarşılıqlılıq əsasında diplomatik münasibətlərin qurulması məqsədilə nümayəndələr mübadiləsi aparmaq və bir-birinə lazımi yardım göstərmək barədə razılığa gəldi. Bu kontekstdə ictimaiyyət gələcək inkişaflar barədə lazımi qaydada məlumatlandırılacaq”.
Qeyd edək ki, Ermənistan və Pakistan arasında diplomatik münasibətlər 31 avqust 2025-ci ildə qurulub. Həmin gün Çində iki ölkə arasında diplomatik münasibətlərin qurulması ilə bağlı birgə sənəd imzalanıb.
Paylaş:




























