Xəbər lenti

Venesuelanın keçmiş baş prokuroru Luis Orteqa Dias ölkə prezidenti Nikolas Maduronu Braziliyanın "Odebrecht" tikinti şirkəti ilə korrupsiya qalmaqalında ittiham edib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bütün bunlara regionun əsas korrrupsiya işi olan "Odebrecht" hadisəsi ilə birlikdə baxılmalıdır. Onlar bilirlər ki, bizdə bütün əməliyyatlar, məbləğ, varlanan şəxslər, həmçinin istintaq sübutlarının Nikolasi Maduro və onun ətrafı ilə bağlı olması barədə informasiyalar var", - deyə o bildirib.

Daha əvvəl isə Maduro bildirib ki, Diasın baş prokuror vəzifəsindən azad edilməsi daxili məsələdir.

 




Ana səhifəyə qayıt        Baxış: 926          Tarix: 19-08-2017, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma