Xəbər lenti

 

Almaniya vətəndaşı olan yazıçı Doğan Axanlı İspaniya polisi tərəfindən saxlanılıb.
Ovqat.com publika.az-a istinadən bildirir ki, Türkiyənin sorğusu əsasında türk əsilli yazıçının saxlanması barədə “Kölner Stadt-Anzeiger” nəşrinə D.Axanlının vəkili bildirib.
Məlumata görə, yazıçı bu gün məzuniyyətdə olduğu Qranada şəhərində saxlanılıb. Polisin İnterpolun təcili saxlanılmasına dair göstərişi əsasında saxlanılıb.
Yazıçının saxlanılmasına əsas Türkiyədə ona qarşı başlanılan cinayət işi olub.
O da bildirilir ki, 60 yaşlı D.Axanlı 1992-ci ildən Almaniyada yaşayır. O, qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı əsərləri ilə tanınır.




Ana səhifəyə qayıt        Baxış: 753          Tarix: 19-08-2017, 23:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma