Xəbər lenti

ABŞ hərbi donanmasına aid hərbi gəmi Sinqapurun şərq sularında neft tankeri ilə toqquşub.

Publika.az xəbər verir ki, qəza nəticəsində ABŞ donanmasına aid 10 hərbçi həlak olub, 5-i xəsarət alıb.

“USS Con Makkeyn”adlı gəmi Sinqapur şəhər limanında qısa fasilə üçün lövbər salacaqdı. Lakin gəmi hələ də məlum olmayan səbəbdən 07:24 radələrində Liberiyaya məxsus “Alnic MC” adlı neft tankeri ilə toqquşub.

Bölgədə ABŞ-a aid hərbi helikopterlərlə birgə Sinqapur donanması da axtarış-xilasetmə işləri aparır.

Hərbi gəmiyə atasının və özünün adı verilən respublikaçı senator Con Makkeyn hadisə ilə bağlı Tvitter hesabından açıqlama verib. O, həyat yoldaşı ilə bərabər amerikalı əsgərlər üçün dua etdiyini qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 1 384          Tarix: 21-08-2017, 13:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma