Xəbər lenti

 ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni qanadlı raketlərin hazırlanması məqsədi ilə "Lockheed Martin" və "Raytheon" şirkətləri ilə ümumi dəyəri 1,8 milyard dollar olan iki müqavilə imzalayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, nüvə döyüş başlığı daşıya biləcək yeni qanadlı raketlər məxsusi olaraq uzun mənzilli bombardimançı təyyarələr üçün hazırlanacaq.

Hər şirkət 900 milyon dollar alacaq, nəzəri layihələrin işlənməsi üçün onlara 4,5 il veriləcək. Bundan sonra hökumət bu iki şirkət arasında podratçının kimliyi ilə bağlı seçim edərək 1000 ədəd bu cür raket hazırlanması sifarişini verəcək, özü də onların heç də hamısı nüvə silahı ilə təchiz edilməyəcək. Bu partiya üçün təqribən 10 milyard dollar xərclənməsi planlaşdırılır.

Yeni raketlər silahlanmaya 2030-cu ilə qədər qəbul olunmalıdır.

Onların hazırda istifadə olunan, ötən əsrin 80-ci illərində istehsal olunmuş "AGM




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 24-08-2017, 11:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma