Xəbər lenti

 

Roszdravnadzor xəbər verir ki, Rusiyada Ozon zavodunun istehsalı olan 020117 seriyalı lidokaindən istifadə etdikdən sonra 2 xəstə anafilaktik şok nəticəsində ölüb.

Hadisədən biri Samara vilayətində, digəri Krımda baş verib.

Hal hazırda ekspertiza təyin olunub. Ekspertizanın nəticələri çıxana qədər dərmanın satışı qadağan  edilib.

Mütəxəssislərin fikrinə görə, ölümlərin səbəbi istehsalat zamanı dərmana düşən təhlükəli qatqılar ola bilər. Ekspertiza bunu təsdiq edərsə dərmanın istehlakçısı ciddi cəzalandırıla bilər, ölənlərin qohumları isə kompensasiya tələb edə bilərlər.

Digər tərəfdən bunun səbəbi ölən insanların dərmana qarşı olan fərdi reaksiyası ola bilər. Bu səbəbdən xəstəyə hər hansı müalicə təyin olunduqda həkimlərə keçmişdə baş vermiş istənilən allergik reaksiyalar haqqında məlumat vermək lazımdır.




Ana səhifəyə qayıt        Baxış: 669          Tarix: 1-09-2017, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma