Xəbər lenti

 

Gürcüstanda ölkə vətəndaşlığının verilməsi ilə bağlı prosedur sərtləşdiriləcək.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Prezident Administrasiyasının rəhbəri Giorgi Abaşişvli məlumat verib. O bildirib ki, Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejimin qüvvəyə minməsindən sonra Gürcüstan vətəndaşlığı almaq üçün müraciətlərin sayı artıb: "Yeni reallıqları nəzərə alaraq, vətəndaşlığın verilməsi prosedurunu təkmilləşdirmək lazımdır".

G. Abaşişvli qeyd edib ki, Prezident Administrasiyası prosedurun təkmilləşdirilməsi ilə bağlı Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə məsləhətləşmələrə başlayacaq. 
Qeyd edək ki, son 5 ildə 32 mindən çox əcnəbi Gürcüstan vətəndaşlığı alıb. Gürcüstan vətəndaşlığının verilməsi ilə bağlı qərarı Gürcüstan prezidenti qəbul edir.




Ana səhifəyə qayıt        Baxış: 713          Tarix: 1-09-2017, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma