Xəbər lenti

Rusiya Prezident Vladimir Putin bildirib ki, şimali koreyalılar "ot yeyərlər", amma nüvə proqramlarından imtina etməzlər.

"Report" "The Independent"ə istinadən xəbər verir ki, bununla belə, V.Putin Koreya Xalq Demokratik Respublikasının son sınaqlarını pisləyib, lakin bildirib ki, Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq.

O əlavə edib ki, Moskva KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edir. Eyni zamanda Rusiya lideri qeyd edib ki, Şimal qonşuları "hərbi isteriya" yaratmaqdansa, problemin həlli ilə məşğul olmalıdırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 6-09-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma