Xəbər lenti

Ordu iki ay sonra İrəvana girə bilər: Ermənistanı məhv edəcək ÖLÜMCÜL ZƏRBƏ
ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin vəziyyətdədir.

Publika.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında “Bizim istəyimiz Ermənistanın suveren qərarlar qəbul edə bilib-bilmədiyindən arxayın olmaq, hansı iqtisadi və siyasi modeli seçdiyini görməkdir” sözləri Vaşinqtonun İrəvan qarşısında son şərtini irəli sürdüyünü göstərir.

“Ya suveren qərarlar qəbul et, ya da Rusiyanın kölgəsi olduğunu birdəfəlik qəbul et”. Amerika Sarkisyan hakimiyyətini faktiki olaraq dilemma qarşısında qoyub.

İrəvan Rusiyanın qoyduğu çərçivələrdən kənara çıxa bilmir. NATO təlimlərində iştirakdan son anda imtina etməsi bunu bir daha sübut etdi. Lakin Ermənistan ABŞ-dakı erməni diasporu və lobbisinin dəstəyindən, onların göndərdiyi maliyyə yarımından da imtina edə bilmir.

Rusiya ermənilərə hava-su kimi lazım olan pul əvəzinə dəmir yumruq verir; Vaşinqtondakı erməni lobbisi isə ABŞ-ın Ermənistana maliyyə yardımı ayırmasına nail olur. Rusiyadan imtina etmək Sarkisyanın başına dəmir yumruğun endirilməsi, ABŞ-a tamamilə üz döndərmək isə ən yaxşı halda erməni diasporunun şilləsini yeməkdir. İrəvanın qarşı-qarşıya qaldığı dilemma budur və hər iki halda ölümcül zərbə Sarkisyanın başının üzərini alıb.

Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, ABŞ səfirinin sözləri İrəvanın Moskva-Vaşinqton qarşıdurmasının burulğanında qaldığını göstərir: “Ermənistanın müstəqilliyini ciddi təhlükələr gözləyir. Faktiki olaraq, ABŞ-Rusiya qarşıdurması ermənilərin müstəqilliyini təhdid edir”.

Qəzet noyabr ayında Ermənistanın Avropa İttifaqı ilə yeni çərçivə sazişi imzalanmasının planlaşdırıldığına diqqət çəkib. Qeyd edib ki, rəsmi İrəvan imzaların atılmasında heç bir problemin olmadığını desə də, vəziyyət təhlükəli olaraq qalır.

“Mümkündür ki, Putin Sarkisyana bu sazişi imzalamağı qadağan edir, ABŞ da “suveren qərar” deməklə Ermənistana mesaj verir”, - deyə məqalədə bildirilir.

Gözləniləndir ki, noyabrda Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamaqdan imtina etsin. Əks təqdirdə, Putin ordunu İrəvana yeridə bilər.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 6-09-2017, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma