Xəbər lenti

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin terrorçuluğu dəstəklədiyini görmədiyini və ona hərtərəfli dəstək göstərməyə davam edəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Bəziləri var ki, onlara bizimlə qətərli qardaşlarımızı dəstəkləmək, onları ərzaq ilə təmin etmək rahat deyil. Çox təəssüf edirəm, lakin biz Qətərə hər bir yardım göstərməkdə davam edəcəyik. Mən bu günə qədər Qətərin terrorizmi dəstəklədiyini görməmişəm", — deyə Ərdoğan bildirib.

Türkiyə lideri Fars körfəzi ölkələrini Qətərin blokadasını aradan qaldırmağa çağırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 10-06-2017, 11:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma