Xəbər lenti
Dünən, 19:25

 

Ukraynanın paytaxtı Kiyevdə avtomobil partlayıb.

APA-nın "112.ua"-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində Gürcüstan vətəndaşı ölüb. 

“Partlayışa səbəb avtomobilə yerləşdirilmiş partlayıcı qurğu olub. Hadisə nəticəsində ölən kriminal aləmdə yaxşı tanınan Gürcüstan vətəndaşı, 41 yaşlı Timur Maxaurudir. Partlayış zamanı avtomobildə qadın və uşaq olub. Qadın yaralanıb, uşaq isə xəsarət almayıb”, deyə Ukrayna daxili işlər nazirliyinin mətbuat katibi Artyom Şevçenko bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 




Ana səhifəyə qayıt        Baxış: 389          Tarix: 8-09-2017, 22:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma