Suriya ordusu Hamada irəliləyişini davam etdirərək, Massasna, Zur Əl-Mahruka və Zur Əl-Tayba kəndlərini terrorçuların işğalından azad edib.
Ovqat.com Al-Masdar-a istinadən xəbər verir ki, Massasnanın səhər saatlarında azad edilməsindən sonra, digər iki kəndin də azad edilməsi təmin olunub.
Rusiya Hava Qüvvələri və Suriya Hava Qüvvələrinin də bölgədə əməliyyat keçirdiyi qeyd olunub və hava hücumlarında 20-ə qədər zirehli maşın və tankın məhv edildiyi bildirilib.
Hamadakı qarşıdurmalarda əksəriyyəti Hay Ət-Təhrir Əş-Şamdan qruplaşmasından olmaqla 30-a qədər terrorçunun öldürüldüyü qeyd olunub.
Hamada Hay Ət-Təhrir Əş-Şam, Ceyşul İzza, Ceyşün Nasr, Azad İdlib Ordusu, Əcnan Əş-Şam, Əhrar Əş-Şam, Türkistan İslam Partiyası və Fəylaş Əş-Şamın da aralarında olduğu və bəziləri Əl-Qaidə ilə əlaqəli olan 16 terror qruplaşması fəaliyyət göstərir.
Paylaş: