Xəbər lenti

Ermənistana “11 sentyabr” HÜCUMU: düşmən ölkədə BÖYÜK HAZIRLIQ

Ermənistanda Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təkliflər gündəmə gəlib.

Publika.az xəbər verir ki, Ermənistan parlamentində təmsil olunan “Çıxış” (Yelk) bloku Rusiyanın yaratdığı ittifaqdan çıxmaqla bağlı qanun layihəsi hazırlayıb.

Layihəni parlamentin digər fraksiyaları dəstəkləmir, lakin bu təşəbbüs erməni ictimaiyyətində alqışla qarşılanıb.

Blok layihəni Ermənistan parlamentinin bu gün – 11 sentyabrda başlanan payız sessiyasının ilk iclasında təqdim edəcək. Hesab olunur ki, hətta layihə qəbul olunmasa belə, bunun gündəmə gəlməsi böyük addımdır.

Erməni analitiklər vurğulayır ki, Avrasiya İqtisadi İttifaqının qanunları yalnız Ermənistan üçün işləyir. Onlar əsas gətirir ki, Qazaxıstan Çinlə rahat şəkildə ticarət aparır, lakin Ermənistan Gürcüstan və İranla ticarət əlaqələri quranda qanunlar yada düşür.

Artıq Rusiyadan xəbərdarlıq səsləri eşidilir. Rusiyanın ermənipərəst “Reqnum” agentliyinin baş redaktoru Modest Kolerov belə təşəbbüslərin Ermənistanın təhlükəsizliyi üçün yaxşı gələcək vəd etmədiyini açıqlayıb.

“İqtisadi münasibətlərin dağılması hərbi münasibətlərə də təsir göstərir. Əminəm ki, belə təşəbbüslərin nəticəsi olaraq, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası haqda məsələ ortaya çıxacaq. Çünki Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacaqsa, avtomatik olaraq, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da çıxmış olacaq”, - deyə o bildirib.

Kolerov həm də “Yelk”in gələcək hakimiyyətdə təmsil olunacağına da işarə edib.

Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Moskva Kolerovun üzərindən İrəvana mesaj verir: “Kolerov “Yelk”in hakimiyyətdə təmsil olunması perspektivini elə-belə qeyd etmir. Bu o deməkdir ki, Moskva təşəbbüsün arxasında hakimiyyətin dayana biləcəyini düşünür və hakimiyyətə öz xəbərdarlığını edir”.

S.Artsruni qeyd edir ki, “Yelk”in layihəsi parlamentdən keçməyəcək.

“Əslində blok da nəticəni əvvəldən bilir, lakin daxili siyasətdə nüfuz qazanmaq üçün erməni ictimaiyyətinin tələbini gündəmə gətirir. Hərçənd, cəmiyyət bununla yekunlaşmamalı və blokun təşəbbüsünün səsverməsi yalnız parlamentlə məhdudlaşmamalıdır. Bu, ictimai müzakirəyə çıxarılmalıdır”, - deyə erməni şərhçi çağırış edir.

Bu təşəbbüslər və çağırışların nəticəsi necə olacaq? Əgər Moskva təşəbbüsün arxasında Sarkisyan hakimiyyətinin dayandığını düşünürsə, o zaman, Ermənistan parlamentinin 11 sentyabr iclası düşmən ölkə üçün əsl “11 sentyabr”a çevrilə bilər. Doğrudur, parlamentdəki səsvermənin nəticəsi bəllidir. Lakin ox artıq yaydan çıxıb və hesab etmək olar ki, bu təşəbbüsdə “Yelk” blokunun siyasi divident qazanmaq istəyi olduğu kimi, Sarkisyan hakimiyyətinin də maraqlarının olması istisna deyil. Sarkisyan məsələni gündəmə daşıyaraq, Rusiyaya “mənim alternativlərim sizə qarşıdır” mesajını verir və Moskvanı bir növ şantaj edir. Kremlin cavabı ağır olacaq.




Ana səhifəyə qayıt        Baxış: 929          Tarix: 11-09-2017, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma