Xəbər lenti

 Türkiyənin Siirt vilayətinin Akbaş kəndində kimyəvi maddədən kütləvi zəhərlənmə baş verib.

 APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, tərkibində kimyəvi maddə olduğu bildirilən qazın sızması nəticəsində 152 nəfər zəhərlənib.

 Səhiyyə Nazirliyinin məlumatına görə, kənd sakinlərində kütləvi ürək bulanması və qusma halları qeydə alınıb, müvafiq xidmətlərin əməkdaşları hadisə yerinə cəlb olunub. 92 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 60 sakin kənd yaxınlığında qurulan çadırlara köçürülüb.

 Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 576          Tarix: 12-09-2017, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma