Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.
Report-un məlumatına görə, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstaxanada bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəsatəxanaya kütləvi müraciət daxil olub:
"Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən iki və yeddi yaş arasıdır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri labaratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri labaratoriyanın verdiyi rəydən sonra məlum olacaq".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.
Paylaş: