Xəbər lenti

 

Azərbaycanda tələbələrə təhsil kreditinin verilməsinin asanlaşdırılması təklif edilir.

Bu təkliflə Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov komitənin bu gün keçirilən iclasında çıxış edib. 

F.Muradov bildirib ki, Təhsil Nazirliyi tərəfindən yaradılan “Maarifçi” tələbə kredit fondundan bu günə qədər 118 tələbə təhsil krediti götürüb: 

“Biz qanunvericiliyə baxmalıyıq, tələbələrə kredit verilməsini asanlaşdırmalıyıq. Azərbaycanda Gənclər Fondu modeli də var. Təhsil Nazirliyi tələbələrə kredit verilməsi ilə bağlı ilk addımı atıb, biz də bu məsələdə öz dəstəyimizi göstərməliyik. Ya bununla bağlı xüsusi dövlət proqramı ola bilər, yaxud da “Maarifçi” tələbə kredit fonduna müəyyən status verilə bilər ki, fond tələbələrə sərbəst şəkildə kredit verə bilsin”. 

F.Muradov deputat həmkarlarına müraciət edib ki, bununla bağlı öz təkliflərini versinlər.\Metbuat.az\




Ana səhifəyə qayıt        Baxış: 1 052          Tarix: 25-09-2017, 22:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma