Ovqat.com-un məlumatına görə, oktyabrın 19-u saat 18:00-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə ölkəmizin müstəqillik qazanmasının 26-cı ildönümü münasibətilə III Qardaşlıq Mədəniyyəti adlı ədəbi-bədii gecə keçiriləcək.
Türk Əməkdadaşlığı və Koordinasiya Agentliyi, Türkiyə səfirliyinin Mədəniyyət və tanıtma müşavirliyinin, Yunus Emrə İnstitutunun, "Azərkitab" Kitab Təbliğatı Mərkəzinin və "Büyükfırat" restoranlar şəbəkəsinin təşkilati dəstəyilə keçiriləcək gecədə Xalq artisti Ağaverdi Paşayevin rəhbərlik etdiyi Dövlət Xalq Çalğı Alətləri Orkestri, Dövlət Mahnı və Rəqs Ansamblı, bundan başqa türk sənət musiqisinin mahir ifaçısı Mehmet Özkaya və klarnet ustası Serhan Çağrı iştirak edəcəklər.
Layihənin rəhbəri Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzadır.
Paylaş: