Xəbər lenti

 

İmam Hüseyni (ə) Aşura gecəsinin sübhə yaxın çağı yuxu aparır və yuxudan ayılan zaman buyurur: "İtləri gördüm ki, mənə hücum edirdilər. Onların arasında müxtəlif rəngli bir it var idi, mənə tərəf daha şiddətlə qaçırdı. Güman edirəm ki, o məni öldürən kəsdir, mənim qanımı tökəcəkdir".

Ovqat.com deyerler.org-a istinadən bildirir ki, Şimrin (lən) zahiri görünüşü bu deyilənlərə uyğun gəlirdi.
Həzrət (ə) davam edir: "Sonra cəddim Peyğəmbəri (s) yuxuda gördüm ki, mənə buyurur: "Oğlum! Sən Ali-Muhəmmədin (ə) şəhidisən. Səma əhli səninlə görüşü müjdə verirlər. Sabah sənin iftarın mənim yanımda olacaqdır. Tələs və tez gəl. Gecikmə"".
Bəli, həmin gecə İmama (ə) iki mükaşifə əyan olur ki, onlardan biri düşmənlərin iç üzünü açır və üzərlərində olan pərdəni kənara çəkir. Bəli, bunlar elə itlər idi ki, daxillərinin çirkinliyi üzlərinə də təsir qoymuşdu. Bu vəhşi itlər - zülmün simvolları idi. Çünki onlar parçalamaqdan başqa bir iş görməzlər.
Həzrətə (ə) bəyan olan ikinci mükaşifədə isə İmamın (ə) dostlarını nümayiş etdirilmiş və təqdirini müəyyən edilmişdir. Bu mükaşifə babası tərəfindən ona əyan olmuşdu. Bəli, bu cür insanın səma əhli tərəfindən ziyarət olunması təqdirəlayiqdir.
Biz yer əhlinin dərki İmam Hüseyni (ə) başa düşməyə çox acizdir. Ona görə də yer əhli onu qətl etdi, halbuki səma əhli onu yer əhlindən daha yaxşı tanıdığı üçün həmişə mədh edir.
Kərbəla hadisəsi yer əhli ilə göy əhlinin döyüşü idi. İmam Hüseyn (ə) səma əhlinin rəhbəri idi. Kərbəla, behiştə daxil olmaq üçün bir darvaza oldu. Kərbəla karvanı da İmama (ə) görə behiştə layiq görüldülər.
Yezid (ə) cəhənnəm əhlinin rəhbəri idi. Hamını özü ilə yerin dibinə apardı və onları cəhənnəmlik etdi. Kərbəla onlar üçün cəhənnəmə açılan darvaza oldu.
Ona görə də hər kim Hüseynin (ə) yolunun davamçısı olar, səmaya qalxar və qalxdıqca qalxar




Ana səhifəyə qayıt        Baxış: 1 236          Tarix: 5-10-2017, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma