Xəbər lenti

 

Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət (QHT) Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ilə birgə keçirdiyi Film Festivalının qaliblərinin mükafatlandırma mərasimi olacaq.
Bu barədə Prezidenti yanında Qeyri-Hökumət (QHT) Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud məlumat verib.
O bildirib ki, festivalda Şuranın dəstəyi ilə 2008-2016-cı illərdə ekranlaşdırılmış 100-dən artıq film iştirak edir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyevin rəhbərlik etdiyi peşəkar kino mütəxəssislərindən ibarət münsiflər heyəti birinci, ikinci və üçüncü yerin qalibi olan, həmçinin Şuranın xüsusi mükafatına layiq görülən ekran əsərlərinin adlarını elan edəcək.
Qeyd edək ki, festival Şuranın maliyyə dəstəyi ilə QHT-lərin ölkəmizin milli maraqlarının ölkədə və beynəlxalq aləmdə təbliği, habelə ictimai həyatın müxtəlif sahələrinin inkişafı üçün gördüyü işləri geniş ictimaiyyətə təqdim etmək məqsədi ilə təşkil edilib.\\azertag.az




Ana səhifəyə qayıt        Baxış: 1 085          Tarix: 23-11-2017, 19:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma