Xəbər lenti

Qusar rayonunda tarix müəllimi sinifdə dərs zamanı şagirdlərə mahnı oxuyub. Şagirdlər isə onun mahnı oxumağını telefonla lentə alıblar.

Söhbət Qusar rayonu, Gədəzeyxur kənd orta məktəbinin tarix müəllimi Ömər Sarıxanovdan gedir.

Məsələni araşdırmaq üçün üz tutduq Ömər müəllimin dərs dediyi məktəbə. Müəllim bildirdi ki, uzun müddətdir pedaqoji fəaliyyətlə məşğuldur. Dərsdə mahnı oxuması məsələsinə gəldikdə isə, o, şagirdlərin zehni yorğunluğunu aradan qaldırmaq üçün belə metodlardan istifadə etdiyini deyib.

Ömər Sarıxanov deyir ki, 15-20 gündən bir dərs vaxtı şagirdlər üçün mahnı oxuyur. 1990-cı ildən pedaqoji fəaliyyətlə məşğul olan müəllim, hətta "Xəzər Xəbər" üçün yadında qalan mahnılardan birini oxuyub.

Ömər Sarıxanov bildirir ki, oxuduğu mahnını Məhəmmədəli və Niyazi adlı şagirdləri lentə alıb. Müəllimin sözlərinə görə, onlar hərdən dərsi pozmaq istəsələr də, o, buna mane olur və şagirdlərə dərsin çox önəmli olduğunu başa salmağa çalışır. Bəzən isə onlar üçün dərsi daha maraqlı etmək üçün şeirlər deyir, mahnılar oxuyur.\\Xezerxeber.az

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





Ana səhifəyə qayıt        Baxış: 1 453          Tarix: 2-12-2017, 20:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma