Xəbər lenti

Ağstafada 9-cu sinif şagirdinin xüsusi istedadı görənlərin marağına səbəb olur. Rayonun Qarahəsənli kənd orta məktəbində oxuyan Gülçin Muradova yazını əks istiqamətdə sürətlə oxuyur. Onun bu bacarığı yazıda və danışıqda da özünü göstərir.

Bütün sözləri əksinə oxuyur. Hətta bu şəkildə danışa və mahnı da oxuya bilir.

Ağstafada 9-cu sinif şagirdi xüsusi bacarığı ilə həmyaşıdlarından seçilir. Rayonun Qarahəsənli kəndində yaşayan Gülçin Muradova kitabı sürətlə əks istiqamətdə oxuyur. Bunun üçün xüsusi əmək sərf etmədiyini deyən məktəbli bu istedadın onda təxminən 2 il əvvəl formalaşdığını hiss edib.

Həmin vaxtdan sonra isə kitabları tərsinə oxumağa cəhd edib və buna da nail olub.

Gülçin Muradova sözləri əksinə deməklə yanaşı, danışa da bilir. Hətta şeir deyir və mahnı da oxuya bilir.

Gülçin Muradova başqa dillərdə bu bacarıgını göstərə biləcəyini deyir.

Gülçin Muradova dərslərini də yaxşı oxuyur. Ən çox sevdiyi və yaxşı oxuduğu fənn riyaziyyatdır. Gələcəkdə riyaziyyat müəllimi olmaq arzusundadır. \\xezerxeber.az




Ana səhifəyə qayıt        Baxış: 1 121          Tarix: 9-11-2017, 21:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma