Azərbaycan tamaşaçısı onu "Görüş" filmi ilə tanıyıb. Özbəkistanın tanınmış aktrisalarından biri, SSRİ kinematoqrafçıları İttifaqının üzvü, Əməkdar artist, sənədli film rejissoru Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Bədii Teatr İnstitutununun aktyorluq fakültəsini bitirib. "Yeni mənzil", "Görüş", "Aşiqlər", "Əmirliyin qəzası" və s. filmlərdə çəkilib. 1962-ci ildən "Uzkinoxroniki" studiyasında çalışmağa başlayıb və 22 sənədli film çəkib.
Ovqat.com "Görüş" filmində Lala İsmayılovanı canlandıran Nelli Ataullayevanın faciəvi həyat hekayəsini və sənətçi yoldaşlarının onun haqqında dediyi fikirləri təqdim edir:
Özbəkistanın Əməkdar İncəsənət Xadimi Əli Xamrayev:
"Nellini uşaqlıqdan tanıyıram. Anam "Uzbekfilm"də montajçı işləyirdi deyə bütün günüm studiyada keçirdi. Nelli ora-bura qaçırdı. Heyranlıqla bu prosesi müşahidə edirdim. O qədər gözəl idi ki, işıq saçırdı".
Nelli sənədli film rejissoru olsa da, bədii filmlərə çəkilmək istəyirdi. Amma kimdənsə nəyisə xahiş etmək onun adəti deyildi. O, heç vaxt ruhdan düşmür, necə istəyirdisə, elə də yaşayırdı.Nelli öz dostlarına: "Qocalığı təsəvvür etmirəm, istəyirəm gənc və gözəl ölüm",- deyirdi".
Aktrisa universitetin son kursunda oxuyanda moskvalı Volodya adlı oğlanla ailə qurur. Amma həyat yoldaşının yüksəkvəzifəli məmur valideynləri bu izdivacı qəbul etmir və yeni ailəni evdən çıxarır. Həmin vaxt Nelli hamilə olduğunu öyrənir. O, övladını itirməkdən çox qorxurdu. Volodya isə Nellinin hamilə olmasını eşidib sevinmir, çünki özünü ata olmağa hazır hiss etmirdi. Ərinin soyuq münasibətilə üz-üzə qalan Nelli imtahanlarını verib, məcburən ata evinə - Daşkəndə dönməli olur. 1963-cü ilin payızında oğlu Nikita dünyaya gəlir. Volodya Daşkəndə, oğlunu və həyat yoldaşının qohumlarını görməyə, onlarla tanış olmağa gəlir.Nellini Moskvaya aparmaq istəsə də, Nelli buna razı olmur. O, oğlu ilə Daşkənddə qalmağı üstün tutur və tədricən Volodya ilə Nellinin münasibətləri pozulur.
Nelli həyatına davam edir, sənədli filmlər çəkirdi.Heç bir çətinlik onu qorxutmurdu. İstiyə, soyuğa dözüb, şəraitsiz, susuz mehmanxanalarda yaşayaraq çəkilişlər edirdi.Həmişə maraqlı kadrların axtarışında idi.İstəyinə çatmaq üçün hətta tikinti kranına çıxıb, keçilməz dərələrə enməkdən belə çəkinmirdi.Nelli xırıltılı səs tembrinə malik şən və gülərüz insan idi. Şaqraq gülüşü ilə bütün yorğunluğunu canından çıxarırdı.
Nellinin ən mənfi xüsusiyyəti isə narkotik istifadəçisi olması və içki içməsiydi. Bu məhvedici vərdişlər onun çətin həyatında dopinq rolunu oynayırdı.
Zahirən qayğısız Nellinin ən böyük dərdi atasının dəhşətli taleyi idi. Nellinin üç yaşı olanda atası həbs edilmişdi. Xayrul Ataullayev otuzuncu illərdə əvvəlcə Buxarada, daha sonra Daşkənddə təhsil sahəsində yüksək vəzifələrdə çalışıb. Anası Zöhrə Ataullayeva pedaqoq idi, məktəbdə işləyirdi.
Bacısı Tez Ataullayevanın xatirələrindən:
"Bizim uşaqlığımız Pionerlər evinin həyətində keçib. Burada Özbəkistanın tanınmışqələm ustaları yaşayırdı. 1937-ci ilin aprelində atamı, təhsil nazirinin müavini vəzifəsindən azad etdilər. İyunun sonunda axşam biz Nelli ilə həyətdə oynayanda hərbi formalı bir neçə kişi maşından enib mənzilimizə yollandı. Bir müddətdən sonra anamız bizi evə çağırdı. Otaqlarda qorxunc qarışıqlıq hökm sürürdü. Şkaflarda və böyük yazı masasında bütün cəftələr sındırılmışdı. Döşəməyə kağızlar, kitablar səpələnmişdi. Onlar atamı "Xalq düşməni" olmaqda ittiham etdilər. Atam təlaş və çaşqınlıq işçində onlara baxırdı. O, məni qucaqladı, Nellini sinəsinə bərk sıxdı, hər kəsi yanağından öpdü və dedi: "Mən tezliklə qayıdacağam!..." Bu onun son sözləri oldu... Anam çarpayının yanında durmuşdu. O ağlayırdı...
Atamın həbsindən yarım il sonra üçüncü bacım dünyaya gəldi. Bir gün əvvəl atamdan məktub almışdıq. O, yazırdı: "Əziz qızlarım, sizi çox sevirəm... Mənim üçün narahat olmayın... Zöhrə, əgər oğlan doğulsa, adını Pulatı, qız olsa, adını Gülçöhrə qoy".
Gülçöhrə isə xatirələrini belə bölüşür:
"Anama çox ağır idi. Atamın həbsindən sonra bizi evdən çıxartdılar. Atamdan xeyli kitablar və əsərlər toplusu qalmışdı. Müharibənin soyuq illərində bu kitablar bizi donmaqdan və soyuqdan xilas etdi. Biz böyüyəndən sonra Nelli anama aktrisa olacağını bildirdi. Anam əvvəlcə buna razı olmasa da, sonradan Nellinin təkidini görüb qəbul etdi.
Rejissorluq fakültəsinə tələbat çox olsa da, Nelli bu imtahandan uğurla keçdi. O, çox yaxşı və savadlı insanlardan dərs aldı".
Bu illər ərzində Zöhrə Ataullayeva həbs edilmiş yoldaşının taleyi haqda məlumat almaq üçün qızları ilə birgə müxtəlif instansiyalara hməktublar göndərirdi.Nəhayət, 1957-ci ildə 1940-cı ildə Xayrul Ataullayevanın güllələnməsi və onun ölümü haqqında şəhadətnamə ailəsinə təqdim edidi və
onların ailəsi üzərindən "Xalq düşməni" damğası silindi...
1970-ci ildə tale Nellini "Kino xronikaları" layihəsinin redaktoru Şöhrət Yereminlə yaxınlaşdırır. Onları sevgi, cavanlıq, ümumi iş birləşdirirdi. O, Nikitaya atalıq etməyi qəbul edir. Nelli ruhuna yaxın insanın dostluğuna çox sevinir, illər sonra ailə istiliyi tapdığı üçün xoşbəxt günlər yaşayırdı.
Amma onun bu xoşbəötliyi də uzun sürmür. Narkotik və içki ilə əlaqədar olaraq çəkilişlərdə problem yaşamağa başlayır. Nelli 1974-cü ilin mayından Özbəkistanın təhsil sistemi haqda sənədli filminçəkilişləri vaxtı Buxarada yerləşən pambıq kombinatında Nelli nəfəsi ilə bağlı problem yaşadığı üçün kombinatdakı tozdan qaçıb küləkli havada dayanardı ki, rahat nəsəf alsın. Bu zaman bərk soyuqlayır və xəstəxanalıq olur. Xəstəxanada onun ağciyər xərçəngindən əziyyət çəkdiyi aşkarlanır. O, ən yaxşı xəstəxanalarda müalicə alırdı. Sonuncu dəfə ailəsi onu öz istəyilə Moskvaya aparır. Amma artıq çox əec idi,xəstəlik öz işini görmüşdü...
"Son illər Nikita və anamla birgə yaşadığı Jukovski küçəsindən keçəndə Nelli yola, evə və küçəyə diqqətlə baxdı... Bizi bərk-bərk qucaqladı və qəmgin səslə: "Mən bu küçə ilə sonuncu dəfə gedirəm",- dedi..."
1974-cü ilin 27 iyulunda axşam saat on radələrində Nelli Ataullayeva haqqa quvuşur.Ömrünün son anlarında dərin nəfəs alır və: "Ata...",- deyə səslənir...
Tale ona qırx üç il yaşamağa imkan verdi...
Anasının vəfatından sonra Nikita bir müddət nənəsi Zöhrəylə yaşayır. Amma sonradan atası onu Moskvaya aparır. Pasport alınan vaxt Nikita öz istəyi ilə anasının soyadını götürür. Nikita Vladimiroviç Ataullaev hazırda Moskvada uğurlu iş adamıdı. Onun ailəsi -xanımı Yelena, qızları Alina, Alyona və oğlu Alen Ataullayev soyadını daşıyırlar.
Qeyd edək ki, Nellinin çalışdığı təşkilatların heç birində sənətkarın yubiley və xatirə günləri keçirilməyib. Onun haqqında nə kitablarda, nə də qəzetlərdə yetərincə məlumat yer almayıb.//Ovqat.com
Paylaş: