“Bütün dinlərdə sülhə çağırış var və din terrora çağırış edə bilməz”.
Bunu Dini Qurumlarla Iş Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti”mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, dünyada müxtəlif səbəblərdən insanlar dünyasını dəyişir: “Hər il dünyada ən azı 30-35 min insan terrorun qurbanı olur. Nadir ölkələr var ki, terroru himayə edirlər. Dövlət səviyyəsində də terroru müdafiə edən ölkələr var. İndiki dövrdə terroru müdafiə edən ölkələr təcrid olunurlar”.
M.Qurbanlı vurğulayıb ki, dini ekstremizmə qarşı mübarizə ümumbəşəri xarakter daşıyır: “Bütün ölkələr bu mübarizədə iştirak edir. Dini radikalizm, ekstremizmin davamı mütləq terrora gətirib çıxardır və bu terror təhlükəsi ümumilikdə hər bir ölkə və fərd üçün olduqca təhlükəlidir. Dindən sui-istifadə edərək insanlara qarşı terror törətmək, ayrı-ayrı ölkələrdə qarşıqlıq, müharibə yaratmaq böyük faciələrə gətirib çıxarır. Buna qarşı mübarizə lazımdır. Bu mübarizədə ən başlıca vasitə maarifləndirməkdir, dinlərin mahiyyətini insanlara olduğu kimi başa salmaqdır”.
Report
Paylaş: