Millət vəkili Fəzail Ağamalı Azərbaycan əsilli müğənni Bəxtiyar Məmmədovun (Jah Khalib) erməni porno ulduz Kim Kardaşyanın bacısını öz klipinə çəkməsindən danışıb.
Deputat “Ölkə.Az”ın əməkdaşı ilə söhbətində Bəxtiyar Məmmədovu “manıs” adlandırıb və fikrinə bu sözləri əlavə edib:
"O, manısdır. Mən ona axı nə mövqe bildirim. Onu gedin müğənnilərdən soruşun. O kimdir ki, millət vəkili bu yaşında ona fikir bidirsin. Onun haradan olduğu məsələni dəyişmir, lap kəndcim olsa belə. Hər kəsin öz səviyyəsi var. Paşinyan haqqında sual verin cavablandırım. Yoxsa Manıs nəsə edibsə, ona mən nə fikir bildirim.
Mən Kardaşyan adlı şəxs haqqında heç bir fikir bildirmirəm".
Qeyd edək ki, Fəzail Ağamalı Salyan rayonundan deputat seçilib. Sosial şəbəkələrdə yayılan məlumata görə, müğənni əslən məzh bu rayondandır.
Paylaş: