Xəbər lenti


 
 
Azərbaycanın tanınmış şairlərindən olan Məmməd Tahir özünün Facebook səhifəsində Yazıçılar Birliyinin sədri Anarı ağ yuyub qara sərib.
 
Ovqat.com-un məlumatına görə, şair yazıçını korrupsiyaya bulaşmaqda ittiham edib.
 
“Anar otuz ildir ki, Yazıçıar Birliyini  sümürür. Bu otuz ildə milyonlarla  dövlət vəsaitini özünün və özünə yaxın bildiyi şəxslərin kitablarının çapına xərcləyib. Haqqı olanların haqqını əlindən alıb. Prezident təqaüdlərinin kartları əsl sahiblərinin ciblərini tanımayıb. Ötən il dövlət  tərəfindən ayrılan səkkiz yüz min manatı da istədiyi kimi sərf edib. Əsl korrupsiya halları bu gün Azərbaycan Yazıçılar Birliyində baş verir. Ümid edirik ki,  qarageyimlilər bir gün də younu məhz Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın otağından salacaqlar. Hansı ki, sıravi  Azərbaycan yazıçısı üçün Prezidentin qəbuluna düşmək Anarın qəbuluna düşməkdən qat-qat asandır”,- facebook statusunda belə deyilir.


Ana səhifəyə qayıt        Baxış: 4 767          Tarix: 1-03-2021, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma