Xəbər lenti
Bu gün, 18:24
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Birinə deyirlər: - Əzrail kəndə təşrif buyuracaq və hər ailəyə bir övlad bağışlayacaq.
Adam cavab verir: - Əzrail həzrətlərinə deyin, mənim balama toxunmasın, hədiyyəlik övladı özünə qalsın.
Samir Əsədlinin Ovqat.com-a göndərdiyi məqalədən belə anlaşılır ki, Nazirlər Kabineti 2020-ci ildə Minəcək karvansarasını "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edəndən bəri 500 illik abidənin yoxoluş prosesi başlayıb. Allah heç kimi bu hökumətin qayğı siyahısına salmasın. Yoxsa Minəcik karvarsarasının gününə düşə bilər.
Məqaləni olduğu kimi təqdim edirik.
Torpaq həm də üzərində tarix yaşatdığı üçün Vətəndir. O tarixi bilmək azdır, tarixə şahidlik edib abidəyə çevrilən faktları qorumaq da lazım.
Təəssüf, min təəssüf ki, biz bu qaydanı gözləmirik. Gözümüzün qarşısında məhv olan daha bir tariximiz Səngəçal-Cəngi-Şamaxı karvan yolunun üstündə, iri yaşayış məntəqələrindən kifayət qədər uzaqda yerləşən qədim karvansara var. Bu tikili Qaradağ rayonunda, daha dəqiq Sanqaçal və Əzimkənd yaxınlığında Minəcik deyilən ərazidə yerləşdiyi üçün daha çox “Minəcik” karvansarayı adlanan tarixi abidədir. Karvansaray qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 km aralıda yerləşir.
Karvansara XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündəki daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər qırılmış, lakin tam aradan çıxmamış hissələrdə Şirvanşah Xəlilullah adını oxumaq mümkün idi. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub. Kitabənin paleoqrafiyası və titullarına əsasən onun Şirvanşahlar dövlətinin 35-ci hökmdarı I Xəlilullahın (1417-1465) vaxtına aid olduğu ehtimal edilir. Beləliklə, Minəcik karvansarasının Səngəçaldakı karvansara ilə eyni dövrdə, yəni XV əsrin ortalarında tikildiyini söyləmək olar.
XIX əsrdən bu karvan yolunun ticari əhəmiyyətini itirməsi ilə əlaqədar olaraq karvansara istifadəsiz qalıb. Sonralar köçəri qaraçılar vaxtaşırı burada məskən saldıqları üçün yerli əhali karvansaranı “Qaraçı karvansarası” adlandırıblar. Lakin mənbələrdə abidə ən yaxın olan kəndin adı ilə Minəcik karvansarası adlanır.
Karvansara Şirvan-Abşeron memarlıq məktəbinə aiddir. Quruluşca Səngəçaldakı karvansaraya bənzəyir, lakin ondan bir qədər kiçik və sadədir. Tikili iki mərtəbəli dördbucaqlı formada inşa edilib. Qalın divarlar künclərdə yarımbürclərlə möhkəmləndirilib. Karvansaranın baş fasadında tağlı girişi olan portal qurulub. Bina qala tipli quruluşa malikdir və müdafiə sığınacağı kimi də fəaliyyət göstərib.
Deyilənə görə, karvansara 20 il bundan əvvələ qədər istifadəyə yararlı vəziyyətdə imiş. Hətta burada hansısa qurumun bölmə idarəsi də yerləşirmiş. Sonradan idarə binadan köçürülüb və bina tamamilə baxımsız vəziyyətə düşüb. Daha heç kimi burada 5 əsrlik tarixə malik olan binanın yerləşdiyi maraqlandırmır. Karvansara Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilib. Yəni Minəcik karvansarası dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix mədəniyyət abidələri siyahısındadır. Buna baxmayaraq, çox zövqlü və xüsusi arxitekturası olan abidə diqqətsizlik üzündən tarixdən silinmək üzrədir.
Hazırda baxımsız qalan, 5 əsrdən çox yaşı olan tarixi abidə yaxınlıqda yerləşən daş karxanalarının tullantıları və ağır tonajlı yük maşınlarının intensiv hərəkəti üzündən tamamən məhv olmaqdadır. Mədəniyyət abidəsi kimi inventar nömrəsi 106 olan bu tikili o qədər maraqlı və dəhşətli hadisələrə şahidlik edib. Burada tökülən qanlar, kəsilən başlar, basılan karvanlar, oğurlanan sarvanlar, sonralar sovet hakimiyyətindən qaçaq düşənlərin burada gecələmələri və s. Amma yəqin ki, bu abidənin şahidlik etdiyi ən dəhşətli hadisə bu gün ona göstərilən laqeyd münasibətdir.
Samir Əsədli
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar