Xəbər lenti
Bu gün, 19:25


Söz qalıb axı...

Bu sönən oçağı qalayaq bir də,

Külünün altında köz qalıb axı.

Gələndə nə çığır, nə də yol axtar,

Qəlbimdə həsrətdən iz qalıb axı.

Hicran ürəyinə dolmamış olmaz,

Demə xatirələr solmamış olmaz.

Şəklin gözlərimdə olmamış olmaz,

Şəklinin üstündə göz qalıb axı.

Yadında, gedərdik cəmən tərəfə,

Yamaçın Günəşi əmən tərəfə.

Nolar, yolunu sal bir mən tərəfə,

Sənə demədiyim söz qalıb axı.

13. 10. 2022.

 

Gəl gedək, görüşək Ayın yanında

Məhəbbət qoxuyur hər yaşıl cəmən,

Dərənin yanında, cayın yanında.

Yerdə görüşməkdən utanıram mən,

Gəl gedək, görüşək Ayın yanında.

Sərək göy üzünə ürəyimizi,

Yerdə söz olaçaq, söz dəyər bizə.

Yaxın da, uzaq da görməsin bizi,

Gözə gətirərlər, göz dəyər bizə.

Könlümü nə həsrət, nə hicran əzir,

Göydə özümüzə bir toy da quraq,

Göyün sinəsində adam nə gəzir,

Bəlkə ulduzları toya cağıraq.

Qoy sükut danışsın, haray qoparma,

Qayğılar oxunmaz daha gözündə.

Məni dilə tutub, yerə aparma,

Adam xoşbəxt olar bu göy üzündə.

20. 10. 2022.

 

Eh, sevgi, sevgi...

Daha ürəyimdə qış da bahardı,

Bilmirəm nə göyəm, nə də yerəm mən

Elə bil ruhumun qulağı kardı,

Kimsə cağıranda eşitmirəm mən.

İçimdə özümü üzürəm elə,

Hicran qoşun'- qoşun gəlhagəlində 

Havalı- havalı gəzirəm elə,

Yenə yaxam qalıb həsrət əlində. 

Sevgi qanadında uca bilməsən,

Məni doğman kimi, balan kimi sev.

Qismətdən, taledən qaca bilməsən,

Şirin röya kimi, yalan kimi sev.

Məlhəmi ümiddi sevgi açının,

Günüm də, ayım da zəhərdi, zəhər.

Səni sevdiyimi tut ağaçının,

Solan yarpağına dedim bu səhər.

25. 10. 2022.

 

Şahın qapısıdı, döydüyüm qapı.

Mən payız, sən bahar, neyləyək indi?

Qovuşa biləydi aç ruhlarımız.

Şəklini görəndə, qəlbim isindi.

Hiçranın başında taç, ruhlarımız.

Yadıma gəlmir ki, nə vaxt çəmiydim,

Sevdiyin yolunda döyüşdü sevgi.

Eşqin dəryasında üzən gəmiydim,

Yolumu, səmtimi dəyişdi sevgi.

Nisgilin dumanı, cəkilər haçan?

Ürəyin ağrısı, gözün yaşı var.

Sevgimin qöncəsi cətin gül aca,

Yolunda Musanın qara daşı var.

Gündüz, gəlsəm əgər duzla, cörəklə,

Görərlər, yanına geçə gəlim mən.

Həsrətin yorduğu yorğun ürəklə,

Sənin görüşünə neçə gəlim mən?

Kaş gülə üzümə öydüyüm qapı,

Tamarzı qoymusan üzünə məni.

Şahın qapısıdı, döydüyüm qapı,

Nökər götürərsən özünə məni.

06. 11. 2022

Səhv.

Ürəyim sızlayır, gözüm yaş tökür,

Nə vaxtdı nə göyün, nə də yerinəm.

Bir gözüm Arazdı, o biri də Kür,

Həsrət körpüsüyəm, Xudafərinəm.

Yazı hara qoyum, neynim yayımı?

Hələ ki, hiçranın qarı burdadı.

Mən bütöv görmədim ömür payımı,

Ürək yarı orda, yarı burdadı.

Silinməz hec kəsin tale yaddaşı,

Göynəyən yaramı sarımır Araz.

Suyuna qarışıb gözümün yaşı,

Bəlkə ona görə qurumur Araz?!

Cayın da dərdi var, yarası dərin,

Hönkürən dalğalar nə zillət cəkir.

Bir vaxt mənəm deyən müştəbehlərin,

Səhvinin ağrısın bir millət cəkir.

 




Ana səhifəyə qayıt        Baxış: 2 975          Tarix: 12-11-2022, 13:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma