Xəbər lenti


Yuva Uca göylər bir yuvadı, 
Göyün altı başqa  yuva.
 Bu kənd-kəsək, 
bu daş-divar, 
Bu evin üstü yuvadı,  
Evin altı başqa  yuva.  
Torpağın üstü bir yuva, 
Altı da  başqa  yuvadı. 

Yuvadı sevən ürəklər
Bu dəniz, bu göl yuvadı.  
Yuvadı bu  çıçək, bu gül.. 
Bu qucaq,  
bu qol yuvadı.. 
Bu yarpaq, bu kol yuvadı... 
Bu orman, bu çöl yuvadı.  
Elə bu ağac koğuşu,
 Bu meşə, bu dağ özü də.  
Yuvadı tanrının özü,
 Allahın səbri özü də.. 
Hər sözün düzü yuvadı.
 İgidin adı, ünvanı,
 Gözəlin nazı yuvadı...  
Dünya nəhəng bır yuvadı 

Arı gəlib bal becərir. 
Adamları arxasınca 
Sual çəkir, dərd aparır- 
İnsan qeylü-qal becərir. 
Ana bətni, beşik, məzar, 
Sirli, müəmmalı yuva ... 
Doğulandan  görmədiyi, 
Bu ünvandan o ünvana 
Təktərəfli yol becərir... 
İnsan-yuva..




Ana səhifəyə qayıt        Baxış: 1 650          Tarix: 22-02-2023, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma