Xəbər lenti

 

1 İyun-Uşaqları Beynəlxal Müdafiə Günüdür       

     Çərpələng

-Babacan, uçurduğun

Quşlar niyə uçur ləng

-Onlar quş deyil, Asəf,

Çərpələngdi, çərpələng.

 

Çağlayır

 

-Baba, nədən göy üzü,

Hönkür, hönkür ağlayır.

-Səni görüb sevincdən,

Göylər coşub, çağlayır.

 

Dağdağan

 

Bizim eldə-obada,

Belə müdrik söz gəzər:

-Dağdağan taxanlardan

Uzaq olar bəd nəzər.

 

Ulduzlar yerə yağır

 

-Babacan, ay babacan,

Nənəmi də tez çağır.

Göydə olan ulduzlar,

Qar olub yerə yağır.

 

Günəş

 

Günəş düşdü dənizə,

Çöhrəsi ağ bənizdə

Günəş çıxdı dənizdən,

Al qırmızı bənizdə

 

Çöngələr

 

Çəmənliyə gedən yol,

Torpaqlı döngələrdi.

Otlaqda hörüklənən,

Dəlisov cöngələrdi

Dovşana bax, dovşana

 

Dovşana bax, dovşana,

Sığınıbdı yovşana.

Gözləyir ki, biz gedək,

Gəlib girsin bostana.

 

Dovşan girdi bostana,

Boylandı dörd bir yana.

Gördü baxan yox ona

Kələm yedi dostyana.

 

 

Pişiyin hiylələri

 

Acgöz pişik gizlicə,

Çıxdı cücə ovuna.

Ana toyuq səslədi,

Cücələri qoynuna.

***

“Ovçu” pişik xəlvəti

Sərçəni izləyirdi.

Ağacın yarpaqları

Sərçəni gizləyirdi.

 

İydə

 

Yaz günləri obadan

Ətirli dad, iy gələr.

Nənəm sevincək deyər:

-Çiçəkləyib iydələr!

 

Ərimir

 

Qar yağanda bağçadan

Qaçırıq evə sarı.

Saçımıza yağan qar,

İsti duycaq əriyir.

 

 

 

Deyirəm ki, görəsən,

Bu nə sirdir, bu nə sirr,

Babamın saçlarına

Yağan qarlar ərimir?

 

Ayanın cavabları

 

-Ayan, nə vaxt

Açır lalə

Yanağına 

Qonur jalə?

-Yazda

 

-Aşıq əmi 

hey saz çalır.

Mahnıları

nədə çalır?

-Sazda

 

-Zümzüməni

Güllür çaydan.

Harda edir,

Söylə, Aydan?

-Qazda.

 

Pöhrələr

 

Yamancana sozalmışdı,

Xan çinarın pöhrələri

Su içəntək açıldılar,

Pöhrələrin çöhrələri.

 

Ağladı

 

Xəzri yaman sərt əsdi,

Sular coşdu-çağladı.

Dəniz buna dözmədi,

Hönkür-hönkür ağladı.




Ana səhifəyə qayıt        Baxış: 1 152          Tarix: 31-05-2023, 20:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma