Xəbər lenti

Soyqırım törədən qatil (İsrail Baş naziri Benyamin Netanyahu nəzərdə tutulur – red.) ABŞ Konqresində alqışlandı, bütün dünya gördü.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Texnoloji İnvestisiya Proqramında çıxışında deyib.

“40 minə yaxın qadın və uşaq öldü, Nümayəndələr Palatası alqışlayır. İnsanlar film izləyirmişcəsinə, körpələrin öldürülməsini izləyir, bunların qatili Netanyahu da Amerikada alqışlanır. Bəs insan haqları? “Qəzza qəssabı”nı Konqresdə qəbul edən, çıxışını 57 dəfə alqışlayan “ağıl tutulması” ilə üz-üzəyik. Sözdə bütün dünyaya demokratiya və insan haqları dərsi verənlər dövrümüzün Hitlerini baş tacı edirlər, zərrə qədər utanmırlar”, - deyə dövlət başçısı bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 017          Tarix: 26-07-2024, 21:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma