Xəbər lenti

İsrailin xarici işlər naziri İsrael Katz Fransada Olimpiya Oyunlarının açılış günündə sürət qatarlarının elektrik şəbəkəsinin yandırılmasına görə məsuliyyəti İranın "şər oxu"nun təsirinə həvalə edib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, o, müvafiq bəyanatı "X" hesabında dərc edib.

"Olimpiada ərəfəsində Fransada dəmir yolu infrastrukturunun təxribatı İranın və radikal İslamın şər oxunun təsiri altında planlaşdırılıb və həyata keçirilib", - deyə İsrail XİN rəhbəri bildirib.

Yeri gəlmişkən BFMTV telekanalı məlumat yayıb ki, Fransa hakimiyyəti Olimpiya Oyunlarının təntənəli açılışı günü yüksək sürətli qatarların (TGV) fəaliyyətinə təsir göstərən təxribat aktları ilə əlaqədar təcili iclas çağırıb. Fransa hökumətinin nümayəndələri baş verənləri təxribat aktı kimi xarakterizə edərək, vəziyyətin ciddiliyini və nəqliyyat sisteminin normal fəaliyyətinin bərpası üçün təcili tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Hazırda Fransada sürət qatarlarının hərəkətinin bərpası yönündə işlər gedir. Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb. Prioritet versiya yanğınların arxasında "ultra sol radikallar"ın ola biləcəyidir.




Ana səhifəyə qayıt        Baxış: 2 612          Tarix: 26-07-2024, 18:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma