Xəbər lenti

Festivala Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları da qatılacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə,  Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək.

Sözügedən festivalda ölkəmizi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək.

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.

"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.




Ana səhifəyə qayıt        Baxış: 1 136          Tarix: 28-08-2017, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma