
"Vətənə sən yan ki, Vətən yanmasın!" mövzusunda tədbir keçirildi
Ovqat.com-un məlumatına görə, dünən Zaqatala rayonunda vətənpərvərliyin təbliği ilə bağlı ÜAK Saxalin vilayəti üzrə regional bölməsinin rəhbəri Nazir Hətəmov tərəfindən "Vətənə sən yan ki, Vətən yanmasın!" mövzusunda tədbir keçirildi. Tədbirdə "Cağir məni" filmi və "Xocalı fəryadı" mus. Sevinc Tofiqqizi kompozisiya və filmi təqdim olundu. Tədbirdə - bəstəkar Sevinc Tofiqqizi, Qarabağ qaziləri Ülfət Həsənov, Natiq Mehdiyev, Cəbrayıl Qardaşov, Ruxsara Bayramqızı, Azerbaycanın Milli Parallimpiyacısı Asif Qasımov, şəhid ailələri, Ramin Isayev, Vəfa Bağırova, Adilə Miriyeva, operator Zahir Əsədov, Zaqatala Mədəniyyət evinin rəhbəri Sədaqət Vanatieva, Zaqatala İcra Hakimiyyətinin numayəndəsi və başqaları iştirak etmişdilər. Tədbir yüksək səviyyədə keçirildi.
Tədbirdən görüntülər:
Ovqat.com
Paylaş: