İranın dini liderinin SEPAH-dakı nümayəndəsi axund Əli Səidi Prezident Həsən Ruhaninin insanları zorla dindar olmağa vadar etməyin yanlış olması ilə bağlı bəyanatına reaksiya verib.
Axar.az xəbər verir ki, Axund Səidi prezidentin adını çəkmədən onun son bəyanatına eyham vuraraq deyib ki, ölkədəki mövcud hakimiyyət insanların dinə münasibətinə biganə qalmamalıdır:
“Hesab edirəm ki, biz bir sıra işlərlə insanları cəhənnəmlik etməməliyik. Bəzi cənablar deyirlər ki, insanları zor gücünə cənnətə aparmaq olmaz və bu, düzgün iş deyil. Biz isə həmin şəxslərə bildiririk ki, bu məsələyə laqeyd yanaşmamalı, məsuliyyət daşımalı və insanların cənnətə getməsinə zəmin və şərait yaratmalıyıq”.
Xatırladaq ki, Həsən Ruhani onun hökumətini məktəblərdə dinsizliyin təbliğ olunmasına laqeyd yanaşmaqda günahlandıran cərəyanlardan danışıb. O bildirib ki, heç kəsi namaz qılmağa məcbur etmək olmaz.
Paylaş: