Xəbər lenti

 

Allah Təala Quranda buyurur: "Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan baxımından) nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də(sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından(onun yağı ilə) yanır. Onun yağı hətta ona od toxunmasa belə, (saflıq və şəffaflıqdan) az qalır işıq saçsın. (Yağın, çırağın, şüşənin və çıraqqabının nuru) bir-birinin üstünə yığılmış nurlardır (yəni Allahın nur olması təsəvvür olunmaz dərəcədə yüksəkdir). Allah istədiyini (xüsusi hidayət ilə) Öz nuruna (dininə) tərəf yönəldir. Allah insanlara misallar çəkir. Allah hər bir şeyi biləndir". ("Nur" 35).

Ovqat.com deyerler.org-a istinadən bildirir ki,  Əli ibni Cəfər nəql edir ki, mən İmam Kazımdan (ə) bu ayədəki "İçində çox işıqlı bir çıraq olan çıraqqabı" cümləsinin təfsirini soruşdum və Həzrət Museyi-Kazım (ə) buyurdu: ""Məşkut" sözü - Peyğəmbərin (s) qızı Fatimədir (s.ə). "Misbah" sözü isə gözünün iki nuru Həsən (ə) və Hüseyndir (ə). O, bilik və elmdə elədir ki, bir şey qalmazdı ki, bütün elm və biliklər ondan qaynaqlansın". Həzrət Peyğəmbərdən (s) nəql edilir ki, buyurub: "Əziz qızım Fatimənin (s.ə) nuru Allahın nurundandır". (Tebyan)

"İnsan" surəsinin 5-22 ayələri Xanım Zəhraya (s.ə) işarə edən ayələrdir. O zaman ki, bu ayələr Peyğəmbərin (s) nəcib qəlbinə zühur edir, Həzrət Fatimə (s.ə), həyat yoldaşı Əli (ə), övladları Həsən (ə) və Hüseyn (ə) Allah yolunda xaliscəsinə infaq edirdilər. Bu ayələrdən belə nəticəyə gəlmək olar ki, məhz Həzrət Fatimə (s.ə,) İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) - Allahın layiqli bəndələridirlər. Bu insanlar yaxşı əməl sahibləridirlər. Allahın seçilmiş bu bəndələri behiştdə kafur qatılmış camdan dadlı içəcəklər içərlər. Eyni zamanda özləri də bu bulağa bənzədiliblər. Allah Təala bu bulaq haqqında buyurur: "(Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar". ("İnsan" surəsi, 6).

Bu insanlar öz əhdlərinə və nəzirlərinə əməl edən insanlardırlar. Onlar Qiyamətin dəhşətindən qorxan bəndələrdirlər. Bu insanlar oruc olduqları və yeməyə ehtiyacları olduqları halda öz yeməklərini yoxsula infaq edəndirlər. Çünki onlar həm fədakar olmağı sevirlər və həm də yoxsullara, yetimlərə qarşı mehribandırlar.
Allah da onları bu infaqlarına və fədakarlıqlarına görə mükafatlandırır və onları Qiyamətin şər və ziyanlarından qoruyacaqdır. Onları behiştin ən ali dərəcəsində yerləşdirəcəkdir.




Ana səhifəyə qayıt        Baxış: 1 152          Tarix: 18-09-2017, 00:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma