Xəbər lenti

 

Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqlar arasında "Koksaki" virusunun yayıldığı barədə məlumatlar gəzir.

Ovqat.com-un məlumatına görə, valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqəti olmağa çağırırlar. Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılara yoluxaraq gəlib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.Pediatr Günay İmanovanın açıqlamasına görə, "Koksaki" viral xəstəlikdir:

"Su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki" orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki" xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir".

Baş pediatr bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır:

"Son məlumatlara görə, ölkədə uşaqlar arasında heç bir virus xəstəliyi yayılmayıb". // Sputnik




Ana səhifəyə qayıt        Baxış: 730          Tarix: 25-09-2017, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma