Aidiyyəti beynəlxalq təşkilatlar tərəfindən Dövlət Komissiyasına verilmiş məlumata əsasən, 2014-cü ilin iyul ayında Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş Kəlbəcər rayonunun ərazisində girov götürülmüş və separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni məhkəməsi tərəfindən azadlıqdan məhrum edilmiş Quliyev Şahbaz Cəlal oğlu cari ilin avqust ayında müayinə məqsədilə aparıldığı Ermənistanın İrəvanda şəhərindən əvvəlki saxlanma yerinə geri qaytarılıb.
Bu barədə Publika.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilir ki, saxlanma yerinə qaytarılma prosesi 16 oktyabr 2017-ci il tarixdə həyata keçirilib.
Məlumata əsasən, zəruri müayinə prosedurlarını keçmiş Ş.Quliyevin səhhətində hər hansı problem aşkar edilməmişdir və sağlamlıq durumu normal vəziyyətdədir.
Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı Ş.Quliyev müayinə üçün Yerevan şəhərinə aparılarkən və saxlanma yerinə geri qaytarılarkən müvafiq prosedurlara uyğun olaraq, Dövlət Komissiyası məlumatlandırılıb.
Paylaş: