Xəbər lenti

İşıq və suyun qiyməti qalxacaq? - RƏSMİ CAVAB

Azərbaycan hökuməti “Azərişıq” ASC və “Azərsu” ASC-nin maliyyə vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə elektrik enerjisi və su tariflərini artırmayacaq.

Trend-in məlumatına görə, bunu 2018-ci il dövlət və icmal büdcənin müzakirələri çərçivəsində beş parlament komitəsinin birgə iclasında Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, bu addım əhalinin narazılığına səbəb ola və onların maliyyə vəziyyətini pisləşdirə bilər.

Məhz ona görə hökumət gələn il “Azərişıq” və “Azərsu” üçün 55 milyon manat həcmində büdcə subsidiyaları ayıracaq.

Nazır bildirib: “Biz güzəştə getməliyik”.




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 7-11-2017, 16:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma