Məhərrəmlik bitməsə də, qızıl bazarında kifayət qədər alıcı var. Toy etmək istəyənlər indidən qızıl almağa başlayıblar. Əməkdaşlarımız qızıl bazarındakı qiymətləri araşdırıblar. Reportajda ən ucuz qızıl dəstinin qiyməti neçəyə olduğundan məlumatlı ola biləcəksiniz. Bununla yanaşı bir gəlin üçün minimum neçə manata qızıl zinət əşyası almaq olar sualına da aydınlıq gətirmişik.
Birinin qiyməti 3 min manat olduğu halda, digəri 1200 manata satılır.
Qızıl bazarında hər cibə uyğun zinət əşyası var. Qiyməti 50 min manata olan qızıl dəstiylə yanaşı, 3 minlik kombinasiyalar da var. Zərgərlər toy etmək istəyən, lakin maddi imkanı aşağı olan insanları da unutmayıblar. Başlayaq görünüşü və parıltısıyla göz oxşayan nişan üzüklərindən. Satışda qaşsız və ya sadə, eyni zamanda da brilyant olmayan qaşlarla bəzədilən nişan üzükləri var.
Bəylər üçün isə ucuz nişan üzüklərinin qiyməti 250 manatdan başlayır. Brilyantla bəzədilərsə isə qiymət minimum 350 manatdan hesablanır.
Satıcıların sözlərinə görə, ucuz zinət əşyaları əsasən Rus və Türkiyə qızılından hazırlanır. Kombinasiya dedikdə isə sırğa, üzük, qolbaq, boyunbağı və klon nəzərdə tutulur.
Qızıla verilən pulun itkiyə getmədiyini deyən insanlar isə ən çox büdcələrinə uyğun olanlara üstünlük verirlər.
Qeyd edək ki nişan üzüyə də daxil olmaqla, 1400 manata dəst almaq mümkündür. Hazırda Rus qızılının qramı 55, İtalyan 65, Ərəb qızılı isə 75 manata təklif olunur. \\xezerxeber.az
Paylaş: