Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Dubai Airshow 2017” beynəlxalq aviasiya sərgisində iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən Ovqat.com-a bildiriblər ki, noyabrın 12-də açılan və bu ayın 16-dək davam edəcək “Dubai Airshow 2017” ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur. Sərgidə 60-dan çox ölkədən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir.
“Dubai Airshow” sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılıb.
Mövzuya dair fotolar:
Paylaş: