Xəbər lenti

 

İsmayıllı sakini Atlas Əzimova həyətyanı sahəsində 25 ilə qədərdir ki, eyni qoz ağacından qoz yığır. Amma bu il yığdığı qozlar onu əməlli-başlı çaş-baş salıb.

Ovqat.com ARB TV-yə istinadla xəbər verir ki, qozların bəziləri digərlərindən xeyli böyük, təxminən şaftalı meyvəsi boydadır.

Təəccübünü qonşuları ilə də bölüşən Atlas Əzimova yeməli olub-olmadığını bilmədiyindən yığdığı 200 kq qozu satmağa çəkinir. Mütəxəssislərsə bunu havaların şaxtalı keçməsinin tozlanma prosesinə təsiri ilə izah edir. 

Lakin bu qozun keyfiyyətinə təsir göstəmir. Ağacın növbəti illərdə də məhz bu cür bar gətirəcəyinə gəlincə, mütəxəssisisin fikrincə bu hal bir də təkrarlanmayacaq. Və həmin iri qozlar əkilsə belə köhnə qaydada bar verən ağac yetişəcək.

Videonu izləmək üçün şəklə klikləyin:
İsmayıllıda qeyri-adi qoz




Ana səhifəyə qayıt        Baxış: 737          Tarix: 29-11-2017, 20:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma